Analıq məzuniyyəti ilə bağlı vacib 6 ay məsələsi

Analıq məzuniyyəti ilə bağlı vacib 6 ay məsələsi

 

 

6 ay sosial sığorta stajı məsələsinin izahlı cavabı
 
Sual: Salam, bir zəhmət verim sizə. İşçi işə başladığı il 6 ay müddətindən tez analıq vəziyyətinə görə məzuniyyətə çıxarsa, ona məzuniyyət pulu ödənilirmi? Ödənilirsə, bu, necə olmalıdır? Təşəkkürlər!
Xəzər Əlizadə
Cavab: Analıq məzuniyyətinin ödənilməsində vacib məsələ işçinin 6 ay sosial sığorta stajının olmasıdır. Ola bilsin ki, həmin işçi sizdən əvvəl başqa yerdə işləmişdir və onun 6 aydan çox sosial sığorta stajı var. Əgər belədirsə, onda həmin işçinin sizdə neçə müddət işləməsindən asılı olmayaraq ona analıq məzuniyyəti düşür.Yəni, əsas tələb işçinin bir iş yerində deyil, ümumiyyətlə, 6 ay sosial sığorta stajının olmasıdır.
 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

5 Komment

  1. Leyla 11 Sentyabr 2020

    Salam menim umumilikde is stajim 4 ildi ve men islediyim butun muesselerde sgorta odemisem hal hazirda islediyim yerde 6 aydir isliyirem ve indi hal hazirda analiq mezuniyyetindeyem ayliq emmek hakim 432 manatdir mene aliq mezuniyyetinde verirecek mebleg ne qeder olacag zehmet olmasa cavablandirardiz?

  2. Nigar 06 Mart 2021

    Salam..bu il iwe girməyi planlaşdırıram.menim.sualim.bele ki 6aydan az iwlesem...deyək ki 3ay. 3illik analıq məzuniyyətinə çıxmaq hüququm varmı? Yoxsa rtiq iw yerimi itirirəm? Zəhmət olmasa bu sualıma cavab verərdiniz?

  3. Hesen 22 Mart 2022

    Salam.Işçinin 6 ay iş staji yoxdursa öz isteyi ile analıq mezuniyyetinden imtina ede bilermi ve yaxud işçi doğuşdan sonraki mezuniyyetden imtina edib işe çıxa bilermi. Bu halda işegötüren hansi qerari vermelidir.

  4. Türkanə ismayilova 29 Avqust 2022

    Salam.menim is stajım 6 aydan azdır. Analıq məzuniyyətine çıxmaqdan imtina edə bilərəm mi??

  5. İlahe 16 Yanvar 2023

    Salam men muellime isleyirem iş stajım 5 aydır,analiq mezuniyetine cixa bilerem?ve cixsam pul odenilecekmi mene?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər