Məzuniyyət hesablarkən aylıq gəlir vergisinin hesablanmasının misalla izahı
"MK" jurnalının eksperti, sərbəst auditor Altay Cəfərovdan izahlı cavab
Sual: Salam. Mənə maraqlıdır ki, işçi 07.01.2014-11.02.2014-cü il tarixlərində əmək məzuniyyətinə çıxır. Cəmi 36 gün. İşçinin maaşı 253 manatdır. Xahiş edirəm, hesablayasınız, işçi nə qədər məzuniyyət haqqı almalıdır?
Yanvar ayına 25 gün, fevral ayına isə 11 gün məzuniyyət günü düşür.
Mənim hesablamam belədir:
1) 253x12/12/30.4=8.32 (1 günə düşən məzuniyyət ödənişi)
2) yanvar ayı üçün: 25x8.32 = 208
3) fevral ayı üçün: 11x8.32 = 91.52
4) Cəmi: 299.52
5) Vergi: (208-136)x14%=10.08
6) Həmkar: 299.52x1.5%=4.49
7) Sosial: 299.52x3%=8.99
8) Cəmi tutulan vergi: 23.56
9) Ödənilən məbləğ: 275.96
Məni əsas maraqlandırır ki, vergi hesablayanda təkcə yanvar ayından çıxdım vergini, çünki fevral ayında olan 91.52 manat vergiə düşmür. İndi mən işçi fevralda işə qayıdarkən onun 13 gününü hesablayanda fevralda tutmadığım vergini (91.52) maaşın üzərinə gəlib vergi çıxmalıyam? Yoxsa ki, məzuniyyət hesablayarkən elə birdəfələlik 299.52-i manatı 14%-ə vurmalıyam?
Əli Tağıyev
Cavab: Sizin ümumi hesablama prinsipiniz düzgündür. Yanvar ayın üçün hesablamalar düzgündür. Sadəcə, fevral ayında özünüz qeyd etdiyiniz kimi məzuniyyətdən qayıdandan sonra işə çıxan zaman 13 iş gününə hesablanılmış əməkhaqqı, 11 günə görə hesablanılmış 91,52 manat məzuniyyət pulu cəmlənməlidir. Ümumi məbləğdən gəlir vergisi tutulmalıdır.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın