Ştat cədvəlinin zəruriliyi ilə bağlı maraqlı sualın cavabı

Ştat cədvəlinin zəruriliyi ilə bağlı maraqlı sualın cavabı

"MK" jurnalının eksperti, sərbəst auditor Altay Cəfərovdan izahlı cavab
 
Sual: Salam “Monitor Konsaltinq” əməkdaşları.
Sualim ştat cədvəli haqqındadır. Ştat cədvəli nə zaman təsdiq olunur? 1 ay ərzində həm yeni işçi gəlir, həm də çıxır, vəzifə dəyişikliyi olur. Yanvar ayin 1-ə təsdiq eləmişdim. Yanvar ayında olan dəyişiklikləri necə edim? 1 ayda 4 dəfə ştat cədvəli hazırlamalıyam?
Zəhmət olmasa, sualımı ətraflı cavablandırasınız. Təşəkkürlər!
Aygün
Cavab: Bu haqda həm əvvəlki buraxılışlarda, həm də "Əmək münasibətləri A-dan Z-yə" kitabında məlumat vermişik. Ümumiyyətlə, ştat cədvəli anlayışı Əmək Məcəlləsində nəzərdə tutulmayıb. Bütün əmək münasibətləri əmək müqaviləsi ilə tənzimlənir. Sadəcə, praktiki olaraq hər bir işəgötürən özündə nə qədər işçi işə qəbul edə bilər, hansı vəzifələr olmaldıır, nə qədər əməkhaqqı verilməlidir kimi ikin planlaşdırma olan ştat cədvəlini tuta bilər. Onsuz da işçi işə qəbul olunanda əmrdə və digər sənədlərdə ştat cədvəli anlayışı yazılmır.Yəni, ştat cədvəli ilkin planlaşdırmadır. Ona görə də sizin halınızda ilkin ştat cədvəlinə heç bir dəyişiklik etmək lazım deyil.
Praktiki olaraq ştat cədvəli il başlamamışdan əvvəl tərtib və təsdiq olunur. Misal üçün, nəzərdə tutulmuş ştat cədvəlindən kənar vəzifəyə malik işçilər işə götürsəniz, ştatda olan saydan daha çox işçilər işə qəbul etsəniz, ilkin təsdiqləmədən sonra bir müddət keçəndən yeni ştat cədvəli təsdiq edə bilərsiniz.
Son olaraq bildirirəm ki, ştat cədvəlini tərdib edə də bilərsiniz, etməyə də. Bu, sizin səlahiyyətinizdədir.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər