Direktorun əmri ilə bağlı aktual sualın cavabı
Əmək müqaviləsi ilə təyinat barədə əmrin tarixinin eyni gündə olması şərtdirmi?
Sual: Salam hörmətli redaksiya.Sizə belə bir sualla müraciət etmək istəyirəm. Şirkət noyabr ayında qeydiyyatdan keçib, fəaliyyəti isə mart ayından başlayıb. Bu halda şirkət rəhbərinin təyin olunması barədə əmri hansı tarixdə versək, daha düzgün olar? Əmək müqaviləsi ilə təyinat barədə əmrin tarixinin eyni gündə olması şərtdirmi? Əvvəlcədən təşəkkürümü bildirirəm.
Sabina Aliyeva
Cavab: Əlbəttə ki, şirkət direktorunun təyin olunması haqda əmrlə əmək müqaviləsi bağlayacaqsınızsa, ikisi də eyni tarixdə olmalıdır. Bundan əlavə şirkəti qeydiyyatdan keçirən zaman orada qanuni təmsilçi kimi direktor təyin olunur. Vergi orqanları həmin vətəndaşı sizin direktor kimi qəbul edəcək və ona əməkhaqqının hesablanılması tələb olunacaq. Ona görə də yaxşı olardı ki, qeydiyyatdan sonra fəaliyyətə başlamamasınızsa, fəaliyyətin müvəqqəti dayandırılması haqqında ərizə ilə vergi orqanlarına müraciət edəsiz ki, problem yaşanmasın. Fəaliyyətə başlayan zaman isə həm vergi orqanlarına məlumat vermək, həm də yenidən əmr verərək əməkhaqqı hesablamaq lazımdır.
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın