Əmək məzuniyyəti ilə bağlı çoxlarını düşündürən sualın cavabı
Əvvəllər hec bir yerdə işləməmiş işçi yeni işə qəbul olunan zaman hərbi bilet və 4 illik ali təhsil haqqında sənəd təqdim edərsə, bunlar gələcəkdə o məzuniyyətə çıxdığı zaman əmək stajına görə əlavə məzuniyyətin verilməsində nəzərə alınırmı?
Sual: Əvvəllər hec bir yerdə işləməmiş işçi yeni işə qəbul olunan zaman hərbi bilet və 4 illik ali təhsil haqqında sənəd təqdim edərsə, bunlar gələcəkdə o məzuniyyətə çıxdığı zaman əmək stajına görə əlavə məzuniyyətin verilməsində nəzərə alınırmı? Ali təhsil və hərbi xidmt dövrü məzuniyyət üçün əmək stajı hesab edilirmi? ƏM-nin 132-ci maddəsinin a) bəndinə və 179 maddəsinin g) bəndinə əsasən isə yalnız işçi işlədiyi müəssisədən hərbi xidmətə çağrılarsa, bu dövr məzuniyyət hüqüqü verən əmək stajı kimi nəzərə alınır? Həmin maddələrdə ali və ya orta ixtisas təhsilinin məzuniyyət hüqüqü verən əmək stajı sayılması haqqında məlumat yoxdur.
Elşən
Cavab: Sualınıza cavab vermək üçün Əmək Məcəlləsinin 116-cü maddəsinə nəzər yetirməliyik.
Maddə 116. Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası
1. Əmək stajından asılı olaraq işçilərə:
§ beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü;
§ on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü;
§ on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
2. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqı saxlanıldığı dövrlər daxil edilir.
Qeyd edim ki, maddələri bir-biri ilə yaxşı əlaqələndirmisiniz. Amma qeyd etdiyiniz maddələrin müddətli hərbi xidmətə və ali və ya orta ixtisas təhsilinə aidiyyatı yoxdur.
Bəli işçiyə əlavə məzuniyyətlər ancaq faktiki işlədiyi dövr üzrə müəyyənləşdirilir və 179-cü maddədə olan əməkhaqqı və iş yeri saxlanılan hallar da şamil olunur. Əgər işçi hərbi xidmətdə olubsa və ya əyani təhsil alıbsa, onda biz 179-cu maddəyə nəzər yetirməliyik. 179-cu maddədə isə bu haqda heç nə yazılmayıb. Orada “hərbi mükəlləfiyyət” dedikdə tamam başqa hallar nəzərdə tutulur.
Ona görə də əlavə məzuniyyət üçün əyani təhsil və müddətli hərbi xidmət dövrü nəzərə alınmır.
“Monitor Konsaltinq Servis” MMC yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;
• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),
• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı
• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;
• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.
Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...
Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.
0 Komment
Şərh yazın