Əlavə məzuniyyətlə bağlı maraqlı sual

Əlavə məzuniyyətlə bağlı maraqlı sual

"MK" jurnalının eksperti, sərbəst auditor Altay Cəfərov bu məsələyə aydınlıq gətirir.
 
Sual:  Salam, Xahiş edirəm kömək edəsiniz. Əmək Məcəlləsinin hansı  maddəsində qeyd olunub ki, əmək şəraiti zərərli və ağır olan  işcilərə əlavə məzuniyyət faktiki  işlədiyi vaxta mütənasib verilir? 
Solmaz Quliyeva
 
Cavab: Əvvəlcə baxaq görək ki, Əmək Məcəlləsinin hansı maddəsi əmək şəraitinə görə əlavə məzuniyyətləri tənzimlənir.
 
 
Maddə 115.  Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri
1.  Yeraltı işlərdə çalışan,  əmək şəraiti zərərli və ağır,  habelə əmək funksiyası yüksək həssaslıq,  həyəcan,  zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir.  Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. 
Gördüyünüz kimi, maddədə konkret yazılıb ki, 6 gün əlavə məzuniyyət verilməlidir. Amma sizin qeyd etdiyiniz kimi əmək şəraitinə görə faktiki işlədiyi vaxta mütənasib olaraq əlavə məzuniiyyətin müddətinin müəyyən olunması yazılmayıb. Deməli, əmək şəraiti ağır olan iş yerlərində işçi bir il və ya on il işlədəsə də, ona əlavə 6 gün məzuniyyət verilir.  Yəni, iş stajının əlavə əmək məzuniyyətinə aidiyyəti yoxdur.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər