Əmək müqaviləsinə xitamla bağlı maraqlı və aktual sualın cavabı

Əmək müqaviləsinə xitamla bağlı maraqlı və aktual sualın cavabı

Əgər mənim əlimdə başqa şirkətdən rəsmi iş təklifi varsa, hazırki iş yerimi neçə gün əvvəl xəbərdar etməliyəm?
 
Sual: Salam. Əgər mənim əlimdə başqa şirkətdən rəsmi iş təklifi varsa, hazırki iş yerimi neçə gün əvvəl xəbərdar etməliyəm?
Nigar
 
Cavab: Bu məsələ Əmək Məcəlləsinin 69-cü malləsi ilə tənzimlənir. 
 
Maddə 69.  Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 
3.  İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
  
Siz başqa şirkətdən təklif almısınızsa, siz yenisi ilə əmək müqaviləsi bağlamalı və hazırkı iş yerinə işdən çıxmaq haqqında ərizə ilə müraciət etməlisiniz. Ərizədə siz həmin günü və ya istənilən tarixi qeyd edə bilərsiniz. Başqa işəgötürənlə əmək müqaviləsi bağlamısınızsa, siz 1 ay gözləməyə və istənilən tarixdən işdən çıxa bilərsiniz.
 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər