E-Baydan mal aldıqda vergi ödənilməlidir?

E-Baydan mal aldıqda vergi ödənilməlidir?

"Monitor Konsaltinq" jurnalının eksperti Altay Cəfərov bu suala aydınlıq gətirir
Sual: Salam, tutaq ki, mən hər hansı bir şirkətdən (məsələn, e-baydan) mal sifariş etmək istəyirəm, malın qiyməti 300 dollardır.  Bu halda vergi ödəməliyəm? Ödəməliyəmsə, vergi nə qədər olmalıdır?
 
Cavab verdiyiniz  ucun təşəkkür edirəm.
Səbuhi
Cavab: Nəzərinizə çatdırım ki, hər hansı bir malı, işi və xidməti sifariş verməyə görə vergi ödəmək tələb olunmur. Siz malı sifariş verə bilərsiniz, bununla bağlı müqavilə bağlaya bilərsiniz, amma əməliyyat baş verməyə bilər. 
Belə olan halda sizin heç bir öhdəliyiniz yaranmır. Daha doğrusu, vergi öhdəliyi yaranmır. Vergi öhdəliyinin yaranması üçün əməliyyat baş verməlidir. Sifariş ediyiniz mal çatdırılmalıdır, onu qəbul etməlisiniz. Bundan sonra onu satmalısınız ki, vergi öhdəliyniz yaransın.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                      

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər