Ödəmə mənbəyindən vergini geri olmaq olar?
Sual: Mən əmlakımı fiziki şəxsə icarəyə vermişəm. Məndən ödəmə mənbəyində vergi tutulub. Mənim mükəlləfiyyətimdə hər hansı bir bəyannamə vermək öhdəliyim yoxdur. Vergi Məcəlləsinin 149.5-ci maddəsinə uyğun olaraq mən verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verib və Vergi Məcəlləsinin 144.1-ci maddəsinə uyğun olaraq qeyri-sahibkarlıq fəaliyyətində istifadə etdiyim əsas vəsaitin normasını gəlirimdən çıxa bilərəm.
Misal: hər ay mənə 100 manat icarə haqqı ödənilir. Ödəmə mənbəyində 14 manat vergi tutulur. Müvafiq olaraq il ərzində gəlir 1200, vergi məbləği 168 manat. Əmlakımın amortizasiya norması 10000x7%=700 manat yenidən hesablasaq 1200-700=500x14%=70 manat.
Ayaz Əliyev
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. Azərbaycan Respublikasının “İcarə haqqında” Qanununun 8.1-ci maddəsinə əsasən icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş əmlakın dəyərindən amortizasiya ayırmaları icarə haqqına daxil edilir. İcarəyə götürülmüş əmlakın təkrar istehsalını tamamilə icarəçi həyata keçirdikdə amortizasiya ayırmaları icarəyəverənə verilmir və yalnız icarəçiyə məxsus olur.
Göründüyü kimi icarəyəverən şəxs tərəfindən icarəyə verilmiş əmlak üzrə hesablanmış amortizasiya ayırmalarının məbləğinin gəlirdən çıxılması nəzərdə tutulmamışdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
“Monitor Konsaltinq Servis” MMC yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;
• 2014-cü il üzrə iş norması və istehsalat təqvimi
• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.), İnzabati və Cinayət Məcəlləsindən çıxarışlar;
• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;
• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.
Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın