Vergilər Nazirliyindən vergi orqanlarında işə düzəltmək istəyənlər üçün BƏD XƏBƏR

Vergilər Nazirliyindən vergi orqanlarında işə düzəltmək istəyənlər üçün BƏD XƏBƏR

Sual: Vergilər Nazirliyinə müsahibə yolla işə qəbul olmaq üçün növbəti müsabiqə nə vaxt elan olunacaq? Zəhmət olmasa bunun tarixini deyərdiniz və hansı sənədləri təqdim etmək tələb olunursa onun siyahısını bildirəsiniz. İndidən təşəkkür edirəm.
Fərid Atamalıyev


Cavab: Məlum olduğu kimi, vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və bu zaman müsabiqənin hər iki mərhələsini müvəffəqiyyətlə keçən namizədlər işlə təmin olunur, vakansiyaların sayı namizədlərin sayından az olduqda isə həmin şəxslər ehtiyat kadrlar sırasına daxil edilir və tədricən işlə təmin olunurlar. Hal-hazırda ehtiyat kadrlar sırasında kifayət qədər namizədin olduğunu nəzərə alaraq bildiririk ki, yaxın zamanlarda müsabiqənin keçirilməsi gözlənilmir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

 

“Monitor Konsaltinq Servis” MMC fevral ayından etibarən yeni nəşrini oxucuların istifadəsinə verəcək: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• 2014-cü il üzrə iş norması və istehsalat təqvimi

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.), İnzabati və Cinayət Məcəlləsindən çıxarışlar;

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected]  adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər