Kredit təşkilatları sadələşdirilmiş vergi ödəyicisi ola bilər?

Kredit təşkilatları sadələşdirilmiş vergi ödəyicisi ola bilər?

Bank Olmayan Kredit Təşkilatı hansı vergi mükəlləfiyyətinə cəlb olunurlar?

Sual: Bank Olmayan Kredit Təşkilatı hansı vergi mükəlləfiyyətinə cəlb olunurlar?
Abbasova Lalə

Cavab: Bildiririk ki, “Bank olmayan kredit təşkilatları haqqında” 25.12.2009-cu il tarixli, 933-IIIQ nömrəli Qanunun müddəalarına əsasən bank olmayan kredit təşkilatı xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və bu Qanunla nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.
Vergi öhdəliyi vergi uçotuna alınan zaman fəaliyyət növünə uyğun olaraq seçilən vergitutma sistemindən, habelə həyata keçirilən əməliyyatların həcmindən asılı olaraq müəyyən edilir.
Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən kredit təşkilatlarının sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.
Odur ki, kredit təşkilatları sadələşdirilmiş vergi istisna olmaqla, vergitutma obyektlərinin mövcudluğu və aparılan əməliyyatların xüsusiyyətlərinə uyğun olaraq Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin (mənfəət, ƏDV, əmlak, torpaq, yol, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və s.) ödəyicisi ola bilərlər.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

VERGI Q.T

“Monitor Konsaltinq Servis” MMC fevral ayından etibarən yeni nəşrini oxucuların istifadəsinə verəcək: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• 2014-cü il üzrə iş norması və istehsalat təqvimi

 

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.), İnzabati və Cinayət Məcəlləsindən çıxarışlar;

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected]  adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər