Vergiıər Nazirliyinə vergi dostundan əsəbi sual
"Nazir müavini yalan danışar?"
Sual: Mən vergi dostlarının üzvüyəm noyabr ayının 27-i 2013-cü ildə bizə dedilər ki, sizə dekabr ayının sonuna qədər kompüter veriləcək. Nazir müavini yalan danışar? Xahiş edirəm mənə məlumat verəsiniz.
Ruhid Quliyev Lazım, Zərdab, Məlikli kəndi
Cavab: Sorğunuzda qeyd edilənlərlə əlaqədar bildiririk ki, Vergilər Nazirliyi vergi dostları ilə əməkdaşlığı vergi siyasətinin önəmli bir hissəsi hesab edərək bu əməkdaşlığın genişlənməsində maraqlı olaraq respublikanın bütün regionlarında vergi dostları şəbəkəsi yaratmışdır. Bu baxımdan regionlarda fəaliyyət göstərən vergi dostları eyni vaxtda deyil, ərazi baxımından mərhələ-mərhələ lazımi avadanlıqla (kompüterlərlə) təchiz edilməkdədir. Bu baximdan sözügedən kompüter yaxın zamanlarda Sizə də təqdim olunacaqdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın