Xarici şirkətin nümayəndiliyinə baş ofisdən vəsait daxil olanda vergi öhdəliyi yaranır?
"Monitor Konslatinq" jurnalının eksperti Altay Cəfərovun cavabı
Sual: Salam. Xarici şirkət Azərbaycandakı nümayəndəliyinin hesabına pul köçürəndə bu məbləğ vergiyə cəlb olunmalıdırmı?
Tural
Cavab: Bu zaman baxmaq lazımdır ki, vəsait hansı təyinatla hesaba daxil olub. Sizin baş ofisiniz nümayəndəliyin xərclərini ödəmək üçün həmin vəsaiti ödəyə bilər. Bu zaman həmin məbləğ vergiyə cəlb olunmur. Yox, əgər nümayəndəlik ilə baş ofis arasında hər hansı bir iş birliyi, mal, iş, xidmət alqı-satqısı baş verərsə, bu zaman daxil olan vəsait gəlir kimi vergilərə cəlb olunur.
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın