13-cü maaş kimlərə verilə bilər?
Analıq məzuniyyətində olan işçi də bu hüquqdan yararlana bilər?
Sual: Analiq məzuniyyətində olan əməkdaşa mükafat (ilin sonu üçün 13-cü maaş şəklində) verilə bilər?
Xalid
Cavab: Sizin sualınızda çox maraqlı bir məntiq var. Ola bilər ki, işçi dekabr ayına kimi işləyib, dekabr ayında analıq məzniyyətinə çıxıb. Mükafat və ya 13-cü maaş əsasən illik göstəricilərə görə, ya da təşkilatın daxili qaydalarına əsasən, hər ilin sonunda verilir. Bu zaman məntiqlə 11 ay işləyib, bir ay işləməmiş işçiyə 13-cü maaşın verilməməsi düzgün deyil. Odur ki, siz hökmən həmin işçiyə 13-cü maaşı verməlisiniz. Yəni daxıli qaydalarda nəzərdə tutulsa və təşkilat rəhbərliyi qərara alsa, təmin etməlisiniz.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın