Əmək haqqı hesablayan zaman güzəşt səhv hesablandıqda düzəliş necə aparılmalıdır
"Monitor Konsaltinq" jurnalının "Doğru Cavab" rubrikasında bu suala cavab verilib
Hörmətli MKS əməkdaşları! Mən artiq 11 aydir ki güzəşt hüququ olan işçilərə əməkhaqqını 55 manat limit ilə hesablayib ödəmişəm: 510-55*14%. Lakin 510-100*14% olmali idi. Bu halda hər işçi üçün aylıq fərq 6.30 manat, 11 ay üçün 69.30 manat edir! Maraqlıdır, dekabr ayinda 11 ay ərzində səhv hesablanmış fərqləri işçilərə qaytara bilərmi? Bu əməliyyatı aşağıdakı müxabirləşmə verməklə həyata keçirə bilərəm?
DT KT Məbləğ
20 70 30000
70 69.1 900
70 68.1 4200
68.1 70 69.30 (11 ay üçün fərq)
70 51 69.30
Xalid
Cavab: Siz düzəlişi hər bir ay üçün ayrılıqda aparmalısınız. Yəni, 510-100 x 14%. Bundan sonra 11 ay üçün yaranan fərqi dekabr ayında net formada işçiyə verilən əməkhaqqının üzərinə əlavə edə bilərsiniz. Müxabirləşmə düzgündür.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın