Əlavə məzuniyyət günü ilə bağlı praktiki sual
"MK" jurnalının "Doğru cavab" rubrikasından seçmə
Sual: - 4 ildən çox iş stajı olan işçi ilə 3 illik əmək müqaviləsi bağlanılıb. 3 ildən sonra həmin müqavilə qarşılıqlı razılaşma yolu ilə daha 1 il uzadıldığı zaman işçiyə 5 ildən çox iş stajı olduğu üçün "Müqavilə müddətinin uzadılması haqqında razılaşmada" 2 gün əlavə məzuniyyət vermək haqqında qeydlər aparmaq qanuna uyğundurmu?
Orxan
Cavab: - Sualdan belə aydın olur ki, işçi indiki iş yerində işləməmişdən əvvəl 4 il iş stajı olub. Və yeni iş yerində də 3 il işləyib. Faktiki olaraq onun 7 il iş stajı olur və əlbəttə ki, ona əlavə 2 gün məzuniyyət vermək olar. 2 gün əlavə məzuniyyət 5-10 il arası iş stajı olan işçilərə verilir.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın