Sənədi olmayan əsas vəsaiti necə rəsmiləşdirmək olar?
"Doğru cavab" rubrikasında sərbəst auditor Altay Cəfərov bu sualı cavablandırdı
Sual: Salam. Sizə yenə əsas vəsaitlər haqqında sual vermək istəyirəm. Tutaq ki, AA muəssisəsi 3 ildir ticarət sahəsindədir və son altı ayda ƏDV ödəyicisi kimi fəaliyyət göstərir. Bu müəssisənin balansinda müxtəlif təyinatlı əsas vəsaitlər var. Məsələn, komputerler, soyuducular və sair. Bunlar əvvəl alındığından məsuliyyətsizlik üzündən sənədlər it-bata düşüb. İstəyirəm ki, bunları əsas vəsait kimi müəssisənin balansına salım və sənədləşmə işlərini aparım. Əgər bunların alış sənədi (qəbz və ya alış aktı) yoxdursa, mən hansı qaydada rəsmiləşdirilməliyəm. Zəhmət olmasa, ardıcıllıqla yazardınız ki, mən hansı sənədləri hazırlamalıyam. Cox sağ olun. Qabaqcadan təşəkkur edirəm.
Azər Qurbanov
Cavab: Mühasibat uçotu baxımından, sənəd olmasa da, siz onu faktiki vəziyyətinə görə silə bilərsiniz. Vergi uçotu baxımından, sənəd olmayanda vergi orqanları qarşısında əsas vəsaitlərin alınması vaxtını, faktiki istifadə müddətini, qalıq dəyərini sübut etmək çətin olur. Siz həmin əsas vəsaitləri siləndə ƏDV-yə cəlb olunacaq. Sübut kimi siz son səyyar vergi yoxlamasını göstərə bilərsiniz. Son yoxlamada vergi orqanları sizin mənfəət vergisi bəyannaməsinin düzgünlyünü təsdiqləyibdirsə (daha doğrusu, praktikada mənfəət vergisi bəyannaməsinin əlavəsi təsdiqlənilir), onda az da olsa çıxış yolu var. Həmin bəyannamənin əlavəsində əsas vəsaitlərin ümumi qalıq dəyəri göstərilir.
Bütün hallarda sənədlər olsa, daha yaxşıdır. Qaldı silinmənin sənədləşməsinə, bu haqda geniş izahat və formalar "Mühasibat uçotu" kitabında verilib.
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın