Əsas vəsait təmir olunarsa, balans dəyəri necə hesablanmalıdır?

Əsas vəsait təmir olunarsa, balans dəyəri necə hesablanmalıdır?

Əsas vəsaitlə bağlı maraqlı sualı jurnalımızın eksperti Altay Cəfərov cavablandırır

Sual: Salam sizə əsas vəsaitlərin balans dəyəri haqqında sual vermək istərdim. Buna sizin kitablarınızda rast gəlməmişəm. Tutaq ki, "A" firmasi "B" firmasindan (və ya fərdi şəxsdən) 01.01.2010-ci ildə yuk maşını alıb və onun qiyməti 10000 AZN-dir. həmin vaxtdan 01.01.2011 ci ilə qədər maşına 1000 manat əlavə xərc cəkilib. Tutaq ki, 4 təkər alınıb. Bu halda mən həmin əsas vəsaitin balans dəyərini necə hesablamaliyam? Zəhmət olmasa, müxabirləşmələri də verərdiniz. Cox sağ olun. Qabaqcadan təşəkkur edirəm.
Azər Qurbanov


Cavab: Bu sualınıza qısaca cavab vermək istərdim. Ümumiyyətlə, “Torpaq, tikili və avadanlıqlar”ın (əsas vəsaitlərin) faydalı istifadə müddəti var. Həmin müddət ərzində əsas vəsaitlər amortizasiya olunaraq tam istimar edilməlidir. Qaldı əsas vəsaitlərin ilkin dəyərinin artırılması məsələlərinə, burada bəzi hallarda boşluqlar və çətinliklər var. Problem əsas vəsaitlərə çəkilmiz xərclərin (cari, orta, kapital) hara aid edilməsi məsələsindədir. Amma sizə konkret bildirim ki, əsas vəsaitlərin təmirinə çəkilən xərclər onların faydalı istifadə müddətini artırırsa, onda həmin xərclər onun ilkin dəyərini (sizin qeyd etdiyiniz kimi balans dəyərini) artırır. Sizin sualınızda qeyd etdiyiniz təkərlər isə maşının faydalı istifadə müddətini artırmır. Yəni, maşın 15 il istifadə olunmalıdırsa, həmin müddət olduğu kimi qalır, sadəcə təkərlər cari təmir xərcləri kimi silinməlidir. Məsələn, mühərriki dəyişilərsə, artıq bu, maşının faydalı istifadə müddətini artırır. Bu zaman xərclənən məbləğ maşının ilkin dəyərinə əlavə olunmalı, onun faydalı istafadə muüddəti yenidən artırılmalıdır.
Müxabirləşmələrə gəlincə, bunlar «Mühasibat uçotu» kitabında tam olaraq verilib.

“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı

504 səhifəlik, qalın üzlü  “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.  

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.


 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər