İşsiz qalan müəllimlərin taleyi necə olacaq?

İşsiz qalan müəllimlərin taleyi necə olacaq?

Təhsil Nazirliyi bu məsələyə aydınlıq gətirdi

Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun 4 filialının (Sumqayıt, Gəncə, Mingəçevir və Salyan) fəaliyyətinin dayandırılması və orada fəaliyyət göstərən pedaqoji işçilərin işlə təminatı məsələsinə aydınlıq gətirib.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib ki, hazırda Azərbaycan Müəllimlər İnstitutunun 11 filialı fəaliyyət göstərir və bu il 4 filiala qəbulun aparılması nəzərdə tutulmayıb. O deyib ki, həmin filiallara qəbulun dayandırılması ilə bağlı Müəllimlər İnstitutunun rəhbərliyi nazirliyə müraciət edib:

“Əgər bu il həmin filiallara qəbul aparılmayacaqsa, gələcəkdə onlar bağlanacaq. Orada işləyən insanların işlə təminatı və harada yerləşdirilməsi hazırda nazirlikdə nəzərdən keçirilir. Sumqayıt Dövlət Universitetində müvafiq müəllim ixtisasları var ki, bəzi müəllimlər ora göndəriləcək. Gəncədə də 3 universitet var və Müəllimlər İnstitutunun Gəncə filialının həm müəllimləri, həm də təhsil alanlar oraya yerləşdiriləcək. Pedaqoji müəllim kontingenti digər ərazilərdəki yaxın ali məktəblərə də yerləşdirilə bilər. Bu gün tədrisi aparmaq üçün müəllimlər ən azı magistraturanı bitirməlidir. Amma filiallarda elə insanlar var ki, onlar bakalavr üzrə təhsil aldıqdan sonra tədris aparır. Belə problemlər var və onlar barəsində də indidən düşünülür”.
 
Nazirlik nümayəndəsi Sumqayıt Dövlət Universitetində aparılan islahatlara da aydınlıq gətirib. Onun sözlərinə görə, universitetdə işdən azad olunan prorektorlar kafedra müdiri vəzifəsinə keçiriliblər: “Ora yeni rektor əvəzi Elxan Hüseynov təyin olub və ali məktəbdə müvafiq islahatlar həyata keçirilir”.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər