Əmək müfəttişliyinin yoxlamasına aid aktual sual

Əmək müfəttişliyinin yoxlamasına aid aktual sual

  Əmək müfəttişi yoxlama zamanı aşağıdakı səhvləri tapıb:
1. Əmək müqaviləsinin doldurulması zamanı cüzi səhvlər.
2. Yeni işə götürülən şəxslə 1illik müqavilə bağlanılıb.
3. Bəzi ayların tabelləri yazılmayıb.
 4. Bəzi əmrlərin (əməkhaqqı artımı ilə bağlı) olmaması.
 Bu səhvlərə görə müfəttiş 2 000 man cərimə tətbiq edə bilərmi?

Sual: Salam. Əmək müfəttişi yoxlama zamanı aşağıdakı səhvləri tapıb:
1. Əmək müqaviləsinin doldurulması zamanı cüzi səhvlər.
2. Yeni işə götürülən şəxslə 1illik müqavilə bağlanılıb.
3. Bəzi ayların tabelləri yazılmayıb.
 4. Bəzi əmrlərin (əməkhaqqı artımı ilə bağlı) olmaması.
 Bu səhvlərə görə müfəttiş 2 000 man cərimə tətbiq edə bilərmi?
Səmayə

Cavab: Sizin qeyd etdiyiniz hallardan aşağıdakılara Dövlət Əmək Müfəttişliyi Xidməti cərimə tətbiq edə bilməz:
- Yeni işə götürülən şəxslərlə 1 illik müqavilə bağlanması;
- Tabellərin yazılmaması;
- Əmrlərin olmaması.
Bu hallarda cərimələrin tətbiq olunması İnzibati Xətalar Məcəlləsində müəyyən olunmayıb.
Həmçinin, əmək müqaviləsinin doldurulmasında cüzi səhvlərin olmasına görə də cərimə tətbiq olunmaya bilər. Amma həmin səhvlər nəticəsində işçinin əməyin mühafizəsi qaydaları pozulursa, onda 2 000 manat cərimə tətbiq oluna bilər. Bu hal İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsi ilə tənzimlənir. Əmək müqaviləsində işçinin əməyinin mühafizəsi haqqında məcburi tələblər vardır. Həmin tələblər yerinə yetirilmirsə və müqavilədə bu haqda müvafiq qeydlər yoxdursa, onda bu əməyin mühafizəsinin pozulması sayılır. Və belə olan halda sizə cərimə tətbiq edə bilərlər.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur

1 Komment

  1. Mirsadiq 07 Fevral 2020

    Sahibkar Vöyen baglayib ama emek muqavileeme xitam vermeyib indi işə duzelmek isteyirem deyirler köhne muqavileye xitam verilmelidir. Evelki mudurede deyirem deyir asan imzani iturmişem sora ederem. Vaxti uzadir.sual : meger bele bir yol yoxduki muqavileye xitam verim işe goturen olmadan.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər