"MK" jurnalına Analıq məzuniyyətlə bağlı sual
Bilmək istəyirəm ki, analıq məzuniyyətində olan işçini yenidən işə almaq məcburiyyətindəyik, yoxsa yox?
Sual: - Sizə bir məsələ ilə bağlı sualım var. İşçi analıq məzuniyyətində olarkən müəssisəə öz fəaliyyətini dayandırıb və bütün işçilərlə son haqq-hesab edib. Daha sonra (2 ay sonra) müəssisə öz fəaliyyətini bərpa edib. Bilmək istəyirəm ki, analıq məzuniyyətində olan işçini yenidən işə almaq məcburiyyətindəyik, yoxsa yox? Əvvəlcədən öz təşəkkürümü bildirirəm. Qeyd edim ki, analıq məzuniyyətində olan şəxslə də son haqq-hesab edilib
Aqşin Teymurlu
Cavab: - Əgər hansısa bir formada bütün işçiləri işdən azad etmisinizsə, sonradan həmin işçilərin məcburi işə qəbul etməklə bağlı tələb Əmək Məcəlləsində yoxdur. Qanun çərçivəsində işdən azad olunan işçini sonradan işə qəbul edə də bilərsiniz, etməyə də. Həmçinin, bu prinsip analıq məzuniyyətində olan işçiyə də şamil olunur.
Sadəcə bir məsələni nəzərinizə çatdırmaq istərdim ki, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinə xitam verilməsini qadağan edən işçilərin siyahısında hamilə qadınlar da var. Odur ki, belə hallarda işəgötürənlər diqqətli olmalıdırlar.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın