Əmək müqaviləsi ilə bağlı aktual sualın cavabı
Müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonra işçi ilə yeni əmək müqaviləsi bağlamaq lazımdır? Yoxsa müqavilənin müddətinin uzadılması haqqında müqaviləyə əlavə razılaşma bağlamaq olar?
Sual: - Müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonra işçi ilə yeni əmək müqaviləsi bağlamaq lazımdır? Yoxsa müqavilənin müddətinin uzadılması haqqında müqaviləyə əlavə razılaşma bağlamaq olar?
Elvin
Cavab: - Əmək Məcəlləsinə əsasən müddətli əmək müqaviləsinin başa çatmasına bir həftə qalmış tərəflər müqavilənin ləğv olunmasına dair bir-birinə yazılı məlumat verməzlərsə, əmək müqaviləsi yenidən həmin müddətə uzadılmış sayılır. Yəni, müqavilənin müddətinin qurtarmasına bir həftə qalmış ya işəgötürən əmr vasitəsilə müqaviləni ləğv edə bilər. Ya da işçi ərizə ilə daha işləmək istəmədiyini bildirə bilər. İki haldan biri yoxdursa, onda əmək müqaviləsi avtomatik uzadılmış sayılır. Amma hər iki tərəf müqavilənin uzadılmasını istəyirsə, onda karguzalıq baxımışdan yaxşı olardı ki, işəgötürən əmr verib müqaviləni müəyyən müddətə uzatsın və müqaviləyə əlavə razılaşma imzalansın və orda müqavilənin müddətinin hansı tarixə kimi uzadılması qeyd olunsun.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın