Gəlirdən çıxılan xərclə bağlı aktual sual
İşçiyə görə ödənilən kirayə haqqı gəlirdən çıxılan xərclərə aid edilir?
Sual: Təşkilat gəlirin əldə edilməsi ilə bağlı olaraq əmək fəaliyyəti üçün cəlb etdiyi işçini kirayə evlə təmin edib. Həmin evin icarəsi üçün təşkilat ayda 500 manat ödəyir. Təşkilatın bu xərci gəlirdən çıxılmalıdırmı?
Gülnarə Kərimova, Bakı
Cavab: Sualın cavabı Azərbaycan Respublikasının Vergi Məcələsindədir. Məcəllənin 109-cu maddəsi gəlirdən çıxılmayan xərclərdən bəhs edir.
109.3. Əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.
Buradan da dəqiq aydın olur ki, işçinin mənzil xərcləri (kirayədə yaşaması) həmin təşkilatın gəlirindən çıxılmır, sərəncamda qalan mənfəətdən silinir
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın