Növbəti məzuniyyəti götürülməsi ilə bağlı aktual sual
“MK” jurnalının eksperti Altay Cəfərov “Doğru cavab” rubrikasında bu sualın cavablandırılmasını həyata keçirib
Sual: - Salam, ötən sayda sualıma çox aydin formada cavab verdiniz. Bunun üçün təşəkkür edirəm. Amma yenə sualım var. Xahiş edirəm cavablandırardınız. İşçi 24.10.2012-ci il tarixdə işə qəbul olunub. O, ilk məzuniyyətini 21.10.2013-cü ildə istifadə edəcək. Və bu, onun 24.10.2012-24.10.2013-cü iş ilinə daxil olan məzuniyyətidir. İşçi 21.11.2013-cü il tarixdə məzuniyyətdən qayıdacaq. Sual: İşçi 2013-cu il dekabr ayinin 2-si növbəti 24.10.2013-24.10.2014-cü iş ilinə daxil olan məzuniyyətdən istifadə edə bilərmi? Öncədən təşəkkürlər.
Cavab 8: Bu məsələ Əmək Məcəlləsinin 131-ci maddəsi ilə tənzimlənir.
Maddə 131. Əmək məzuniyyətinin verilməsi qaydası
1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
2. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.
3. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.
Maddədən tam aydın olur ki, birinci məzuniyyəti 6 aydan sonra, növbəti məzuniyyəti isə istənilən vaxt götürmək olar. Ancaq işəgötürənin razılığı ilə. Odur ki, sizin bu halınızda işəgötürən razıdırsa, siz dekabr ayında növbəti ilin məzuniyyətini götürə bilərsiniz.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur
0 Komment
Şərh yazın