Əcnəbinin əmək fəaliyyəti ilə bağlı qeydlər hansı əmək kitabçasında aparılmalıdır?
Azərbaycanlı nikahda olan xarici vətəndaşa yeni əmək kitabça açılmalı yoxsa xaricdə açılana qeydlər aparılmalıdır?
Sual: - Salam. Sizə bir sualım var. Azərbaycanlı nikahda olan xarici vətəndaş əvvəllər xarici ölkədə əmək fəaliyyəti ilə məşğul olub və orada ona əmək kitabçası açılıb. Əgər ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olsa, qeydlər onun xarici ölkədə açılmış əmək kitabçasında aparılmalıdır, yoxsa yeni əmək ktabçasında?
Lalə
Cavab: - Əlbəttə ki, əcnəbi vətəndaş olduğuna görə ona yeni əmək kitabçası açılmalıdır. Normativ aktda Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olan işçilərə açılan əmək kitabçalarının təsdiq olunmuş forması var. Əcnəbi işçilər həmin formaya uyğun olan əmək kitabçaları ilə təmin edilməlidirlər. Xarici ölkənin əmək kitabçası həmin formaya uyğun deyil. Odur ki, xarici vətəndaşlar, əcnəbilər işə qəbul olunanda yeni əmək kitabçaları ilə təmin olunmalıdırlar.
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın