İş ili bitməmiş işçiyə əmək məzuniyyətinə görə kompensasiya vermək olar?
“MK” jurnalının 49-cu sayında ekspert Altay Cəfərov bu maraqlı sualı cavablandırıb
Sual: - Salam. İş İli başa çatmamış işçiyə əmək məzuniyyətinə görə kompensasiya verilməsi mümkündürmü? Mümkündürsə, bu hal hansı qanunla tənzimlənir? Ruslan
Cavab: - Bu məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllədə iş ili anlayışı var. Bu, işçinin işə qəbul olunan tarixdən sonrakı ilin həmin tarixinə kimi olan dövrdür. İşçi işə qəbul olunan tarixdən 12 aydan sonra artıq bir iş ili bitmiş sayılır. Əmək məzuniyyəti də işçinin iş ilinə görə verilir. İş ili tamam olan tarixə kimi işçi əmək məzuniyyindən istifadə etməlidir. Bəzi hallarda isə işçi iş ili tamam olandan dərhal sonra əmək məzuniyyətilə təmin olunmalıdır. Bütün hallarda əmək məzuniyyəti iş ilinə görə verilir. Amma kompensasiya istifadə olunmamış əmək məzuniyyətinə görə ödənilir. İlk növbədə, iş ili tamamlanmalıdır. Əgər iş ili bitəndən sonra məlum olsa ki, işçi həmin iş ilinə görə əmək məzuniyyətindən istifadə etməyib və yaxud əmək məzuniyyəti ilə təmin olunmayıb, onda artıq kompensasiyadan söhbət gedə bilər. Odur ki, iş ili tamam olmamış işçiyə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya verilə bilməz.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik. 4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
2 Komment
Ziya 30 Noyabr 2021
Salam 10.02.2021 ci ildə dövət işinə qəbul olmuşam,bu ilin dekabr ayinda məzunniyətə cixa bilərəm mi? 9 ayin tamamında Dövlət qulluqu dərəcəsi almışam. Məzuniyyət hansi qaydada hesablanir?
Ramin 16 Mart 2022
Salam.Əgər işçi işlədiyi iş ilinin məzuniyyətindən sonra yenidən dərhal məzuniyyətə çıxarsa və yeni iş ili başa çatmamış işdən çıxmaq üçün ərizə ilə müraciət edərsə bu halda ödənişlər və tutulmalar hansı formada həyata keçirilir və ya necə tənzimlənir? Əvvəlcədən təşəkkür edirəm.
Şərh yazın