İşçi vəfat edibsə, vəfat edənin ailəsinə ödənilən müavinətdən gəlir vergisi tutulur?

İşçi vəfat edibsə, vəfat edənin ailəsinə ödənilən müavinətdən gəlir vergisi tutulur?

Vergi və Əmək Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna əsaslanan izah

Sual: Salam. Xahiş edirəm belə bir sualıma cavab verəsiniz. Əgər işci vəfat edibsə, vəfat edənin ailəsinə Əmək Məcəlləsinin 77.7 maddəsinə əsasən  üç aylıq müavinat (əmək haqqı) verilir. Verilən müavinətdən gəlir vergisi tutulmalıdır ya yox? Əgər tutulmalıdırsa, hansı maddəyə əsasən? Əvvəlcədən minnətdaram.
Yegana  Fərzəliyeva


Cavab: Bildiririk ki,  Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqınin azı üç misli miqdarında müavinət ödənilir.
“Sosial sığorta haqqında” Qanunun 6-cı maddəsinə əsasən isə dəfn üçün ödənilən müavinətlər dövlət müavinətlərinə aid edilmişdir.
Vergi Məcəlləsinin 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə müvafiq icra hakimiyyəti orqanlarının qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi, birdəfəlik ödəmələr vı ya maddi yardımlar gəlir vergisindən  azaddır.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

Yoxlamalar 2013
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur.

1 Komment

  1. Nadir Əliyev 01 İyun 2020

    Salam.Atamın vəfat etməyi ilə əlqədar iş yerindən dəfn üçün yardım verilmişdir.Verilmiş yardımdan gəlir vergisi tutulmalıdırmı?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər