Mühasib, yoxsa kadrlar üzrə mütəxəssis?

Mühasib, yoxsa kadrlar üzrə mütəxəssis?

Məşğulluq və statistika orqanlarına hesabatları kim təqdim etməlidir?

Sual: - Salam, Zəhmət olmasa, mənə deyərdiniz, müəssisədən məşğulluq və statistika orqanına boş vakantlarla bağlı illik və yarımillik aylıq hesabatları kim təhvil verməlidir? Mümkünsə, əsaslandırın, bu kadrlar şöbəsinin işidir, yoxsa mühasibatlığın?


Cavab: - Əvvəlcədən deyim ki, bu sulan cavabı müxtəlif ola bilər. Belə ki, bunlar işçinin əmək funksiyalarından asılı olaraq müəyyənləşdirilməlidir. Mühasibat, maliyyə uçotu və vergi uçotu ilə bağlı rəqəmlər mühasibatlıqda, ancaq kadrların uçotu, içilərin işə daxil olması, işdən çıxması, vakansiyalarla bağlı məlumatlar kadrlar şöbəsində olur. Mühasibatlıq və kadrlar üzrə işçilər işə götürüləndə bu hesabatların kim tərəfindən təqdim olunması funksiyaları əmək  müqaviləsində əks olunmalıdır. Ola da bilər ki, bu hesabatları tamam başqa bir  işçi təqdim etsin. Həmin işçi rəqəmləri, məlumatları mühasibatlıqdan və kadrlar şöbəsindən alır və hesabatları hazırlayaraq təqdim edir. Amma praktikada bu əsasən aşağıdakı həyata keçirilir:
Məşğulluq idarəsinə ancaq işçilərin sayı, vakansiyalarla, kvotalarla bağlı hesabatlar təqdim olunduğundan yaxşı olardı ki, bu hesabatı kadrlar şöbəsi təqdim etsin.
Amma statistika hesabatlarında (həm 1 istehsalat, 4 əmək və illik hesabatlarda) rəqəmlərin 99%-i mühasibatlıqda doldurulmalıdır. Ancaq bir halda işçilərin orta aylıq sayı yazılmalıdır və bu rəqəm də mühasibatlıqda aylıq əməkhaqqı cədvəllərində var. Ona görə də yaxşı olardı ki, statistika hesabatları mühasibatlıq tərəfindən təqdim olunsun.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər