4 il məzuniyyətə çıxmayan işçinin məzuniyyət kompensasiyası necə hesablanır?
"Doğru cavab" rubrikasında jurnalımızın eksperti Altay Cəfərov kompensasiya ilə bağlı maraqlı sualı cavablandırırdı
Sual: - Salam. Mən məzuniyyətlə bağlı bir məsələni dəqiqləşdirmək istərdim. Əgər işçi 4 il məzuniyyətə çıxmayıbsa, ona bu 4 illik məzuniyyət hesablanılıb verilə bilər? Yoxsa işçi yalnız məzuniyyətə çıxdığı vaxt kompensasiyanı almalıdır? Əgər verilə bilərsə, onda işçi məzuniyyət günlərinin sayı qədər məzuniyydə olmalıdır (məzuniyyət günlərinin sayı çox alınır)? Suallarıma ətraflı cavab versəniz minnətdar olaram. Diqqətinizə görə əvvəlcədən təşəkkürümü bildirirəm.
Günay
Cavab: - Sualınızın cavabı Əmək Məcəlləsinin 135-ci maddəsi ilə tənzimlənir.
Maddə 135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi
1. Bu Məcəlləyə uyğun olaraq işəğötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Maddədən də tam aydın olur ki, işçi hər hansı bir səbəbdən bir və ya bir neçə il üçün əmək məzuniyyətində olmayıbsa, ona işdən çıxmamış kompensasiya verilməlidir. Odur ki, siz birdəfəlik 4 il üçün kompensasiya verə bilərsiniz. Kompensasiya belə hesablanır: əmək məzuniyyəti kimi son 12 ayın əməkhaqqına əsasən orta aylıq əməkhaqqı tapırsınız və bunu da 30,4-ə bölməklə bir günlük məzuniyyət haqqı hesablayırsınız, sonra 4 ilin məzuniyyət günlərinə vurmalısınız. Qaldı məzuniyyət günlərinə, bu, artıq işçinin həmin dörd ildə tutduğu vəzifədən asılı olaraq 21 və 30 gün ola bilər. Tutaq ki, işçi fəhlə kimi çalışıb, bu zaman 84 gün üçün (21 gün x 4 il) kompensasiya verməlisiniz.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın