Vergilər Nazirliyindən ƏDV-lə bağlı aktual sualın cavabı

Vergilər Nazirliyindən ƏDV-lə bağlı aktual sualın cavabı

 Görülmüş işə görə qaimə və vergi hesab-fakturalar yazılır. Amma müştəri borcunu ödəməyi gecikdirir. Bu halda ƏDV-yə cəlb olunan əməliyyatlarda qaimə və Vergi Hesab fakturalar yazıldığı ayda bəyannamədə qeyd olunur və ya ödəmə olandan sonra?

Sual: Görülmüş işə görə qaimə və vergi hesab-fakturalar yazılır. Amma müştəri borcunu ödəməyi gecikdirir. Bu halda ƏDV-yə cəlb olunan əməliyyatlarda qaimə və Vergi Hesab fakturalar yazıldığı ayda bəyannamədə qeyd olunur və ya ödəmə olandan sonra?
Zakir Ağayev


Cavab: Bildiririk ki, vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur (Vergi Məcəlləsi, maddə 176.3).
Vergi Məcəlləsinin 166.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Vergi Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı beş gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır:
- malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud;
- malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda.
Qeyd olunan maddənin müddəalarına müvafiq olaraq, ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtının müəyyənləşdirilməsi zamanı təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə aparılan ödəmənin tarixi əsas kimi götürülür. Belə ki, ödəniş malın (işin, xidmətin) təqdim olunmasından ötən 30 gün ərzində aparıldıqda ödənişin tarixi vergi tutulan əməliyyatın vaxtı hesab olunur. Alıcı təqdim olunmuş malın (işin, xidmətin) dəyərini 30 gündən gec ödədikdə və ya ümumiyyətlə ödəmədikdə isə ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtı kimi təqdimetmədən sonra 5 gündən gec olmayaraq verilmiş elektron vergi hesab-fakturasının tarixi, elektron vergi hesab-fakturası 5 gündən gec verildikdə və ümumiyyətlə verilmədikdə - bilavasitə malın (işin, xidmətin) təqdimetmə tarixi qəbul olunur.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər