Fərqlənmə nişanı olan taksiyə ödənişə etdikdə ödəmə mənbəyindən vergi tutulur?
Vergilər Nazirliyi son zamanlar aktual olan bu sualı cavablandırır
Sual: İlk öncə 18.11.2013-cü il tarixli sorğumuza cavab verdiyiniz üçün sizə təşəkkür edirəm, bilmək istərdim taksi xidmətindən istifadə etmişiksə və təbii ki, taksi bizə heç bir sənəd təqdim etməyibsə, bu halda biz 14% ödəmə mənbəyindən vergiyə cəlb olunuruqmu?
Rəhimova Roza
Cavab: Bildiririk, ki Vergi Məcəlləsinin 78.3-cü maddəsinə əsasənvergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir.
Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasənvergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar.
Digər tərəfdən, Vergi Məcəlləsinin 218.1.1.1-ci maddəsinə əsasən taksi ilə sərnişin daşınması ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olaraq verginin məbləğini ödəməklə Vergi Məcəlləsinin 221.4.7-ci maddəsində nəzərdə tutulan qaydada Nəqliyyat Nazirliyindən digər məlumatlarla yanaşı vergi ödəyicisinin VÖEN-ini özündə əks etdirən «Fərqlənmə nişanı»nı almalıdırlar.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın