Vergilər Nazirliyinə xərclə bağlı aktual sual
Xərc sənədi olmadığı halda biz onu işçilərlə aktlaşdırıb xərc maddəsi kimi mənfəətdən azalda bilərikmi?
Sual: Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxs taksi ilə mal daşınması edib və xərc kimi vergilərə bəyannamə də təqdim etmişdir, lakin taksi heç bir ödəniş sənədi təqdim etməyib. Xərc sənədi olmadığı halda biz onu işçilərlə aktlaşdırıb xərc maddəsi kimi mənfəətdən azalda bilərikmi? Bu halda təsdiq edici sənəd olmadan hansı vergi öhdəlikləri yaranır (mənfəət ya ödəmə mənbəyi)?
Rəhimova Roza
Cavab: Bildiririk ki, hüquqi və fiziki şəxlər tərəfindən gəlirlərin və xərclərin uçotu Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparılır. Vergitutma məqsədləri üçün gəlirlər və xərclərin uçotu isə Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Malların (işlərin, xidmətlərin) təqdim olunması ilə əlaqədar müvafiq uçotun ararılması zamanı forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blankı olan qaimə-fakturalarla, mədaxil qəbzləri və s. ilə, istisna hallarda malların alış aktları ilə rəsmiləşdirilir. Onun üçün də tərtib edilən sənədlərdə hər bir tərəfin zəruri məlumatları qeyd edilməli və bu sənədlərin düzgünlüyü hər iki tərəfin öz imzaları ilə təsdiq edilməlidir. Sorğunuzda qeyd olunan halda isə müvafiq şərtlər yerinə yetirilmədiyi üçün göstəriən sənədlər çəkilmiş xərcləri təsdiqləyən sənəd kimi qəbul edilə bilməz.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın