Kimlər sürücülük vəsiqəsini kurs oxumadan verə bilər?

Kimlər sürücülük vəsiqəsini kurs oxumadan verə bilər?

Bu halda hansı sənədlər və nə qədər rüsum tələb olunur?

Sual : Sürücülük vəsiqəsini müstəqil hazırlaşaraq imtahanverməklə əldə etmək olarmı?

 
Cavab : “Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında TƏLİMAT” –ın 2.11 və YHQ – 35-ci maddəyə əsasən siz müstəqil surətdə hazırlaşıb yalnız 2 dəfə imtahan vermək hüququna maliksiniz. 2-ci dəfə kəsildikdən sonra ürücülük kurlarını bitirib yenidən imtahana gəlmək lazımdır.
Müstəqil surətdə hazırlaşan şəxslər ərziə ilə olduqları və ya qeydiyyatda olduqları ərazi üzrə imtahan qeydiyyat şöbəsinə ərizə ilə müraciət etməlidirlər.
Sənədlərin siyahısı :
ərizə
sağlamlıq haqqında arayış
Lazım gələrsə orta və ya ali təhsil haqqında sənəd
Daha sonra 3 gün müddətinə imtahan təyin olunur.
İmtahan rüsumu :
20 azn (kəsildikdən sonar yenidən imtahanın rüsumu 10 azn)
İmtahandan keçdikdən sonar vəsiqənin rüsumu : - 18 azn

Mənbə: Avtostop.tv saytı

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər