Kassaya gündəlik pul vurma, işə salma və hər günün sonunda zet çıxarmağı necə həyata keçirmək olar?

Kassaya gündəlik pul vurma, işə salma və hər günün sonunda zet çıxarmağı necə həyata keçirmək olar?

Vergilər Nazirliyi bununla bağlı öz məsləhətini verir...

Sual: Mən Mercury 116 F kassasında kassaya gündəlik pul vurma, işə salam və hər günün sonunda zet çıxarmağı öyrənmək istəyirəm. Mümkündürsə məlumat verərdiniz.
Oruc Nurəddinov


Cavab: Bildiririk ki, Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli, 266 nömrəli “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” Qərarının müddəalarına əsasən Servis Texniki Xidmət Mərkəzi (STXM) nəzarət-kassa aparatlarını göndərənlər, satıcılar və istehlakçılar ilə öz funksiyalarını müqavilə əsasında yerinə yetirir, nəzarət-kassa aparatlarının modellərinin servis texniki xidməti və təmiri məqsədi ilə NKA-nı göndərənlərlə, əhali ilə nağd pul hesablaşmalarını aparmaq üçün istehlakçıların istifadə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri haqqında istehlakçılarla müqavilə bağlayaraq istehlakçılara nəzarət-kassa aparatından istifadəsinə dair məsləhət verir, NKA-nın istehlakçıları olan hüquqi və fiziki şəxslər isə əhali ilə pul hesablaşmasını dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparmalı, NKA-nın satıcıları ilə alqı-satqı və STXM ilə alınmış NKA-nın servis texniki xidməti və təmiri barəsində müqavilələr bağlamalı və öz heyətinin NKA ilə işləməsinin öyrədilməsini təmin etməlidir.
Odur ki, nəzarət-kassa aparatından aylıq və ya rüblük “Z” hesabatlarının çıxarılması qaydası barədə müvafiq izahatı bağlanmış müqaviləyə əsasən NKA-nın servis-texniki xidmətini həyata keçirən şəxslərə (STXM-lərə) müraciət etməklə əldə edə bilərsiniz.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər