İş ili bitməmiş işçiyə əmək məzuniyyətinə görə kompensasiya vermək olar?
"MK" jurnalının 49-cu sayında jurnalın eksperti Altay Cəfərov bu maraqlı və aktual sualı cavablandırıb
Sual: - Salam. İş İli başa çatmamış işçiyə əmək məzuniyyətinə görə kompensasiya verilməsi mümkündürmü? Mümkündürsə, bu hal hansı qanunla tənzimlənir?
Ruslan
Cavab: - Bu məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllədə iş ili anlayışı var. Bu, işçinin işə qəbul olunan tarixdən sonrakı ilin həmin tarixinə kimi olan dövrdür. İşçi işə qəbul olunan tarixdən 12 aydan sonra artıq bir iş ili bitmiş sayılır. Əmək məzuniyyəti də işçinin iş ilinə görə verilir. İş ili tamam olan tarixə kimi işçi əmək məzuniyyindən istifadə etməlidir. Bəzi hallarda isə işçi iş ili tamam olandan dərhal sonra əmək məzuniyyətilə təmin olunmalıdır. Bütün hallarda əmək məzuniyyəti iş ilinə görə verilir. Amma kompensasiya istifadə olunmamış əmək məzuniyyətinə görə ödənilir.
İlk növbədə, iş ili tamamlanmalıdır. Əgər iş ili bitəndən sonra məlum olsa ki, işçi həmin iş ilinə görə əmək məzuniyyətindən istifadə etməyib və yaxud əmək məzuniyyəti ilə təmin olunmayıb, onda artıq kompensasiyadan söhbət gedə bilər. Odur ki, iş ili tamam olmamış işçiyə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya verilə bilməz.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın