İcarəyə götürülən əsas vəsaitin təmiri xərcləri necə tənzimlənir?
Belə olduğu halda icarəyə götürülmüş avtonəqliyyat vasitəsinə icarəyə götürən tərəfindən çəkilmiş xərclər icarəyə götürənin xərcləri kimi uçota alına bilərmi, yəni mənfəət vergisi hesablanan zaman 618 manat gəlirdən çıxılan xərclərə aid edilə bilərmi?
Salam.Sual
İcarəyə götürən avtonəqliyyat vasitəsinin təmirinə 618 manat xərc çəkmişdir. Belə olduğu halda icarəyə götürülmüş avtonəqliyyat vasitəsinə icarəyə götürən tərəfindən çəkilmiş xərclər icarəyə götürənin xərcləri kimi uçota alına bilərmi, yəni mənfəət vergisi hesablanan zaman 618 manat gəlirdən çıxılan xərclərə aid edilə bilərmi? Cavabınıza görə təşəkkür edirəm.
Natiq Hüseynov
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Vergi Məcəlləsinin 115.3-cü maddəsinə əsasən icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması bu Məcəllənin 115.4 - 115.8-ci maddələrinə uyğun olaraq müəyyən edilir.
Vergi Məcəlləsinin 115.4-cü maddəsinə əsasən icarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin bu Məcəllənin 115.1-ci maddəsi ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır.
Vergi Məcəlləsinin 115.5-ci maddəsinə əsasən əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri i üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır.
Vergi Məcəlləsinin 115.6-cı maddəsinə əsasən təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə bu Məcəllənin 115-ci maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir.
Qeyd olunanlara əsasən icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmir inə çəkilmiş xərclər icarəyə verənlə icarəçi arasında bağlanan müqaviləyə əsasən icarə haqqı ilə əvəzləşdirilə bilər, icarəçi tərəfindən çəkilmiş təmir xərcləri icarə haqqı ilə əvəzləşdirilmədiyi halda, bu xərclərin icarəçi tərəfindən gəlirdən çıxılmasına yol verilmir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın