İxtisası coğrafiya olan şəxs vergi orqanında işləyə bilər?
Digər dövlət orqanında 3 ildən artıq işləməsinin vergi orqanında işləməyinə hər hansı təsir edə bilər?
Sual: Salam. Məlumat üçün bildirmək istərdim ki, ixtisası coğrafiya olan şəxs vergi orqanında işləyə bilər? Başqa, əgər bu dövlət orqanında 3 ildən artıq işləyibsə vergi orqanında işləyə bilər? Mümkündürsə məlumat verəsiniz.
Niftiyev Famil
Cavab: Bildiririk ki, Vergilər Nazirliyinin 26 sentyabr 2008-ci il tarixli 0817040100977800 nömrəli Əmri ilə təsdiq olunmuş “Sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi Qaydaları”nın 1.7-ci bəndinin müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, ali təhsilə malik olmayanlar, vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ixtisasa malik olmayan şəxslər, yaşı 35-i keçmiş vətəndaşlar (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslər istisna olmaqla), əyani şöbə üzrə ali təhsil alan vətəndaşlar, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar, üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə, müsahibə mərhələsindən keçdikdən sonra müəyyən müddət ərzində bu əmrlə təsdiq olunmuş sənədlərdən hər hansı birini təqdim etməyən vətəndaşlar vergi orqanlarına xidmətə qəbul edilmirlər.
Qeyd olunan şəxslər istisna olmaqla digər şəxslər növbəti müsabiqədə iştirak edərək müvafiq bilik səviyyəsinə malik olduqları halda müsabiqədən müvəffəqiyyətlə keçməklə vergi orqanlarına xidmətə qəbul edilirlər.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın