Çəki problemim olduğuna görə hərbi xidmətə yarasız şəxs Vergilər Nazirliyində işə qəbul oluna bilər?

Çəki problemim olduğuna görə hərbi xidmətə yarasız şəxs Vergilər Nazirliyində işə qəbul oluna bilər?

Vergilər Nazirliyi bu məsələyə aydınlıq gətirir

Sual: Salam! Mən bu il Bakı Biznes Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirdim və həmin universitetin magistraturasına (İstehsal sferasında mühasibat uçotu və audit ixtisasına) daxil oldum. Çəki problemim olduğuna görə hərbi xidmətə yarasız sayıldım. Sualım budur ki, vakansiya yarandıqda mən Vergilər Nazirliyinə işə qəbulla bağlı sənəd verə bilərəm? Xahiş edirəm mənə bu məsələ ilə bağlı ətraflı məlumat verəsiniz. Çox sağ olun.
Kənan Cəfərov

Cavab: Bildiririk ki, Vergilər Nazirliyinin 26.09.2008-ci il tarixli 0817040100977800 nömrəli Əmri ilə təsdiq olunmuş “Sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi Qaydaları”nın 1.7-ci bəndinin müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, ali təhsilə malik olmayanlar, vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ixtisasa malik olmayan şəxslər, yaşı 35-i keçmiş vətəndaşlar (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslər istisna olmaqla), əyani şöbə üzrə ali təhsil alan vətəndaşlar, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar, üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə, müsahibə mərhələsindən keçdikdən sonra müəyyən müddət ərzində bu əmrlə təsdiq olunmuş sənədlərdən hər hansı birini təqdim etməyən vətəndaşlar vergi orqanlarına xidmətə qəbul edilmirlər.
Vergi orqanlarına işə qəbulla əlaqədar əlavə məlumatın alınması məqsədilə İnsan resursları idarəsinə 4038749, 4038752 şəhər telefon nömrələri ilə müraciət edə bilərsiniz.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər