Fiziki və hüquqi şəxsin hansı fərqləri var?

Fiziki və hüquqi şəxsin hansı fərqləri var?

Vergilər Nazirliyi bu məsələyə aydınlıq gətirir

Sual: Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirəm. Mənə məsləhət lazımdır, hüquqi şəxs ilə fiziki şəxsin arasındakı fərqlər. Bir birindən üstün və ya mənfi cəhətləri hansılardı?
Heydərova Fəridə

Cavab: Bildiririk ki, Mülki Məcəllənin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir.
Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs isə qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış, müstəqil balansı olan elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.2-ci və 13.2.3-cü maddələrinə əsasən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs fiziki, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilat isə hüquqi şəxs hesab olunur.
Göründüyü kimi, fiziki şəxs dedikdə, fərd, insan, hüquqi şəxs dedikdə isə müvafiq qaydada (o cümlədən də fiziki şəxs tərəfindən təsisçi qismində) hüquqi şəxs statusunda yaradılmış şirkət, müəssisə və ya təşkilat başa düşülür.
Onu da qeyd edək ki, potensial sahibkarlıq fəaliyyətinizi istər fiziki şəxs kimi, istərsə də kommersiya hüquqi şəxsi təsis etməklə həyata keçirə bilərsiniz, mövcud qanunvericilik buna imkan verir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

---------------------------------------------------------------------------------

2 Komment

  1. Aşureli 03 İyun 2020

    Salam hüququ şəxs kimi fəaliyət göstərmək istəyirəm hara müraciət etməliyəm mmc açmaq uçun

  2. [email protected] 19 İyul 2022

    Salam Mən lizinq yolu ilə maşın elde etmişəm.Buna görə mene vóyùn acdirmaq lazım olmağı bildirildi. Mən acdirdim.Lakin orda taksi kimi qeydiyyat etdilər.Amma mən onu taksi kimi yox özüm üçün almışam.İndi mene hesabat verilməsi üçün məlumat gəlib.Men ona göre vergi ödəməliyəm?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər