"ASAN" İMZA deyəsən ancaq Azərcell-ə xeyir gətirəcək?
Vergilər Nazirliyinə sual: ....Şirkət adında olan nömrə üçün nəyə görə eyni nömrə üçün iki dəfə pul ödəməliyəm?
Sual: Salam. ASAN imzada elektron imza üçün şirkətin adına olan Azercell nömrəsini qeydiyyata aldırdıq. Müəyyən müddətdən sonra şirkətdə rəhbər dəyişikliyi baş verdiyindən həmin Azercell nömrəsini yeni rəhbərin adına qeydiyyata aldırmaq istəyəndə, ASAN imzada xidmət göstərən Azercell nümayəndəsi və sertifikat verən şöbənin nümayəndəsi həmin nömrənin hesabına yenidən 154 Azn pulun ödənilməsini tələb etdilər və səbəb kimi bunu vergi orqanınıdan soruşun cavabı aldıq. Sualım budur ki, rəhbər dəyişikliyi baş verdikdə şirkət adında olan nömrə üçün nəyə görə eyni nömrə üçün iki dəfə pul ödəməliyəm. Xahiş edirəm bu sualımı hansı qanuna əsasən məndən tələb edildiyini izah edəsiniz. Təşəkkür edirəm.
Nailə Hüseynova
Cavab: Bildiririk ki, elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin yüksək təhlükəsizlik tələblərinin təmin olunması məqsədi ilə tətbiq edilən “Asan İmza” xidməti zamanı istifadə olunan SIM-kartın qiyməti mobil operatorlar tərəfindən müəyyən olunduğundan, bu qiymətlərin formalaşması barədə müvafiq məlumatın alınması üçün həmin mobil operatorlara (Sizin halda в– Azercell BM) müraciət etməyiniz daha məqsədəmüvafiqdir.
Xatırladaq ki, Vergilər Nazirliyi tərəfindən göstərilən sertifikat xidmətləri, o cümlədən də, verilən sertifikatların addan ada keçirilməsi ödənişsiz həyata keçirilir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın