Vergilər Nazirliyinə "ASAN" imza ilə bağlı şikayət formasında sual
Aman indi ASAN imza adı altında hər şeyi mürəkkəbləşdiriblər. Buna ehtiyac vardımı?
Sual: Mən bilmək istəyərdim Vergilər Nazirliyi nəyə əsasən razılıq verdi ki, ASAN imzaya keçsin vergi ödəyiciləri. Vergi saytında hər şey elə qurulmuşdur ki, bütün vergi ödəyicilərinə həm hesabat vermək, həm şəxsi vərəqəni nəzarətdə saxlamaq, həm onlayndan istifadə etmək çox sadə və asan idi. Aman indi ASAN imza adı altında hər şeyi mürəkkəbləşdiriblər. Buna ehtiyac vardımı? Burda işlər elə qurulmuşdur ki, hətta bütün vergi ödəyiciləri arzu edirdilər ki, DSMF və statistikada vergilərin işlətdiyi proqramlara oxşar proqramlardan istifadə etsinlər. Vergilərdə get-gedə hər şey yaxşılığa doğru təkmilləşirdi.
Fətullayeva Sevil
Cavab: Bildiririk ki, Vergilər Nazirliyi daim mütərəqqiliyi ilə fərqlənən bir qurum kimi, vegi inzibatçılığınının təkmilləşdirilməsini qarşısında duran ən önəmli vəzifələrdən biri hesab etmişdir. Bu baxımdan da Respublikada elektron xidmətlərin tətbiqi sahəsində ön sıralarda olmuş, həmin dövrdə mövcud texniki imkanlardan istifadə edərək vergi ödəyicilərinin üzərinə düşən vəzifələri yerinə yetirməkdə kömək etməyə çalışmış, virtual aləmdə xidmətlərin göstərilməsini dəstəkləmişdir, bu da öz növbəsində ödəyicilərin rəğbətini qazanmışdır. Lakin internet vasitəsi ilə göstərilən xidmətlərin sayının və çeşidinin artması müəyyən mənada kiber cinayətlərin, daha dəqiq desək, belə cinayətlərin törədilməsinə cəhdlərin artmasına təkan vermişdir. Vergilər Nazirliyi virtual məkanda təcavüzlərin qarşısının alınması və vergi ödəyicilərinin maraqlarının təmin olunması məqsədi ilə sorğunuzda qeyd etdiyiniz ASAN İmza mexanizminin tətbiqinə başlamışdır.
Bununla belə, təhlükəsizlik bu sistemin yeganə üstün cəhəti deyildir, eyni zamanda mexanizmin tətbiqi elektron imzanı əldə etmiş vergi ödəyicilərinə daha geniş imkanların əldə edilməsinə xidmət edir. Sistem yeni qurulduğundan vergi ödəyiciləri bəzi aydın olmayan məqamlarla, texniki uyğunsuzlarla rastlaşdığından ASAN İmzanın müsbət tərəflərin, çoxfunksionallığın, autentikliyi təsdiqləmə imkanlarını nəzərdən qaçırır. Ümidvarıq ki, bu müvəqqəti haldır və müəyyən, çox qısa dövrdən sonra ASAN İmzanı layiqincə dəyərləndirəcək və onun istifadəsindən razı qalacaqsınız.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın