Pensiyaya çıxmaq üçün hansı sənədlər tələb edilir?
DSMF bu məsələyə aydınlıq gətirir
Sual: Yaşa görə pensiya və əmək pensiyası. Alan şəxs hansı sənədləri təqdim etməlidir? Xahiş edirik ayrı-ayrılıqda ətraflı izahat verəsiniz.
Cavab: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 57 yaşına çatmış qadınların ( yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılır ) azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, 2013-cü il üçün qadınların yaş həddi 59 yaş müəyyən edilmişdir.
Yaşa görə pensiya növü üzrə pensiya təyin edilməsi üçün tələb edilən sənədlər.
Müraciət edən şəxsin yaşını təsdiq edən sənədin surəti və kserosurəti (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər o cümlədən əmək kitabçasının özü və kserosurəti, ərizəçinin Qanunun 19-cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər və.s.
Bütün sənədlər natorial qaydada təsdiq olunmuş olsun.
Mənbə: DSMF-in rəsmi veb saytı
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
3 Komment
Firuzə Novruzova 12 Noyabr 2022
Salam işləməyən 4 uşaqlı analar pensiyaya çıxması üçün hansı sənədlər lazımdır?
Kazimova Yasaman 18 Dekabr 2022
Salam..3 dafa amaliyyat olmuşam..axırıncı amaliyyatımdada yoğun bağirsaq tamaiila göturulub..37 yaşım var .iş qabiyyatımıda itirmişam..man neca pesiyaya çıxa bilaram
Baloghlan 25 Fevral 2023
Salam. yasa gore hansi senedleri toplamaliyam. Hormetle B.E
Şərh yazın