Vergi Məcəlləsində ödəyicilərə bu hüquq tanıdılır?

Vergi Məcəlləsində ödəyicilərə bu hüquq tanıdılır?

  Hər hansı bir fiziki şəxsə tətbiq olunmuş maliyyə sanksiyası (məsələn: NKA-na çek vurulmadığı üçün 400 man.) 4 ay, ayda 100 man. ödənilə bilərmi?

Sual: Hər hansı bir fiziki şəxsə tətbiq olunmuş maliyyə sanksiyası (məsələn: NKA-na çek vurulmadığı üçün 400 man.) 4 ay, ayda 100 man. ödənilə bilərmi?
Elman Xankişiyev Aftandil

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını Vergi Məcəlləsi müəyyən edir (Vergi Məcəlləsi, 1.1).
Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir (Vergi Məcəlləsi, maddə 16.1.1).
Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir (Vergi Məcəlləsi, 78.1).
Göründüyü kimi, vergi öhdəliklərinin yerinə yetirilməsi Vergi Məcəlləsində nəzərdə tutulan müddətlərdə həyata keçirilməlidir və bu müddətin uzadılması da yalnız Vergi Məcəlləsi ilə tənzimlənir. Hal-hazırda isə Vergi Məcəlləsində yalnız 2 halda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətlərinin uzadılması mümkündür:
- təbii fəlakət və digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə.
- verginin birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda (Vergi Məcəlləsi, 85.6).
Müvafiq olaraq da tərəfinizdən vergi öhdəliklərinin vaxtlı-vaxtında ödənilməsi tövsiyə olunur, əks təqdirdə vergi orqanlarının əməkdaşları tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan vergi borclarının məcburi alınması mexanizmlərindən istifadə oluna bilər.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

“Vergi Məcəlləsi -2013” kitabı  – Vergi Məcəlləsi+ ən son dəyişiklik və əlavələrin şərhi – 2013

Kitabı əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
1) Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
2) Prezidentin fərmanı ilə əlavə və düzəliş edilən 131 bəndin ayrı-ayrıca izahı;
3) Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
4) Vergi orqanlarının YENI rekvizitləri;
5) Vergi Məcəlləsi, vergi qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin 23 qərarı, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.) bölməsində 23 sənəd, Vergi qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyət tədbirləri - ELEKTRON FORMADA,
6) Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını apara biləcəksiniz;

Kitabın satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər