Birdəfəlik müavinətdən gəlir vergisi tutulur yoxsa yox?
İşçi həqiqi hərbi xidmətə gedən zaman Əmək Məcəlləsi ilə 2 aylıq müavinət verilməsi zamanı gəlir vergisinin hesablanması...
Sual: Salam. Zəhmət olmasa məlumat verərdiniz. İşçi həqiqi hərbi xidmətə gedən zaman Əmək Məcəlləsi ilə 2 aylıq müavinət verilməsi nəzərdə tutulub. O zaman belə bir sual meydana çıxır. Həmin verilən birdəfəlik müavinatdan gəlir vergisi tutulur, yoxsa yox?
İsayev Təbriz
Cavab: Bildiririk ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda xitam verilir.
Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin birinci hissəsinin “a” bəndi ilə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir.
Vergi Məcəlləsinin 102.1.14.16-cı maddəsinə əsasən isə işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği gəlir vergisindən azaddır.
Göstərilənlərə əsasən, işçinin hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verildikdə Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq işəgötürən tərəfindən işçiyə orta aylıq əmək haqqının iki misli miqdarında ödənilən müavinət Vergi Məcəlləsinin 102.1.14.16-cı maddəsinə əsasən gəlir vergisindən azaddır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
“Vergi Məcəlləsi -2013” kitabı – Vergi Məcəlləsi+ ən son dəyişiklik və əlavələrin şərhi – 2013
Kitabı əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
1) Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
2) Prezidentin fərmanı ilə əlavə və düzəliş edilən 131 bəndin ayrı-ayrıca izahı;
3) Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
4) Vergi orqanlarının YENI rekvizitləri;
5) Vergi Məcəlləsi, vergi qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin 23 qərarı, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.) bölməsində 23 sənəd, Vergi qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyət tədbirləri - ELEKTRON FORMADA,
6) Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını apara biləcəksiniz;
Kitabın satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın