Vergi dostları şəbəkəsinə necə üzv olmaq olar?
“Vergi Dostları” şəbəkəsi üzvləri kimlərin arasından seçilir?
Sual: Salam. Vergi dostları şəbəkəsinə necə üzv ola bilərəm? Ali təhsilim bu sahə üzrədir.
Ramin Əvəzov
Cavab: Bildiririk ki, vergilərin təbliği, vergi mədəniyyətinininkişafı, bu sahəyə ictimaiyyətin geniş təbəqələrinin cəlb edilməsi məqsədilə Vergilər Nazirliyi ilə Təhsil Nazirliyi arasında əldə edilmiş razılığa əsasən 2012-ci ildən etibarən “Vergi Dostları” layihəsinin tətbiqinə başlanılmışdır. “Vergi Dostları” layihəsi Vergilər Nazirliyinin təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihədir. Bu layihənin həyata keçirilməsində məqsəd Ərazi Vergilər Departamentlərinin, Ərazi Vergilər İdarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, həmin departament, idarə və mərkəzlərin əhatəsindən kənarda olan kənd və qəsəbələrdə vergi ödəyicilərinə ünvanlı xidmət göstərmək, cəmiyyətdə vergi mədəniyyətini formalaşdırmaq, vergi sahəsində məlumat, maarifləndirmə və təbliğat işini gücləndirməkdir. Vergini ödəməyin hər kəsin mənəvi borcu və bu gün ödənilən vergilərin gələcəyimizə qoyulan sərmayə olduğunu ictimaiyyətin bütün təbəqələrinə aşılamaq - layihənin məqsədlərindəndir. Bir sözlə, vergi mədəniyyətini hər kənd - obaya çatdırmaq üçün ictimaiyyətin ən aktiv təbəqələrini bu işə cəlb etmək - ictimaiyyətlə vergi orqanları arasında münasibətlərin yaxınlaşmasına xidmət edən başlıca amildir.
“Vergi Dostları” şəbəkəsi üzvləri ictimaiyyətin daha aktiv vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işinə dəstək verə biləcək orta ümumtəhsil məktəblərinin müəllimləri arasından seçilir.
Layihənin həyata keçirilməsində məqsəd şəhər və rayon mərkəzlərinin əhatəsindən kənarda olan kənd və qəsəbələrdə, seçilmiş “Vergi Dostları” tərəfindən əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərinin həyata keçirilməsindən ibarətdir.
Layihənin iştirakçıları yalnız kənd və qəsəbə orta ümumtəhsil məktəblərinin müəllimləri müəyyən edildiyindən respublikanın digər şəhərlərinin, o cümlədən Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin müəllimlərinin bu layihəyə cəlb olunması (“Vergi Dostunun” seçilməsi) nəzərdə tutulmamışdır.
Yaşadığınız ərazidə vergilər sahəsində maarifləndirməvə təbliğat fəaliyyəti ilə məşğul olmaq istədiyiniz təqdirdə Bakı şəhəri, Ağa-Neymətulla küçəsi, 44 ünvanında yerləşən Bakı şəhəri Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət idarəsi tərəfindən Sizə lazımi metodiki dəstək verilə bilər.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
“Vergi Məcəlləsi -2013” kitabı – Vergi Məcəlləsi+ ən son dəyişiklik və əlavələrin şərhi – 2013
Kitabı əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
1) Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
2) Prezidentin fərmanı ilə əlavə və düzəliş edilən 131 bəndin ayrı-ayrıca izahı;
3) Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
4) Vergi orqanlarının YENI rekvizitləri;
5) Vergi Məcəlləsi, vergi qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin 23 qərarı, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.) bölməsində 23 sənəd, Vergi qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyət tədbirləri - ELEKTRON FORMADA,
1 Komment
Mahir 25 Aprel 2022
Salam məni vergi dostları qurupuna qoşun nə olar vaççapda
Şərh yazın