01 sentyabr 2013-cü ildən məcbur olan "ASAN İMZA" ilə bağlı yenə aktual sual

01 sentyabr 2013-cü ildən məcbur olan "ASAN İMZA" ilə bağlı yenə aktual sual

ASXM sertifikatının alınması vergi öhdəliyi Vergi Məcəlləsinin hansı maddəsində öz əksini tapmışdır? Doğrudurmu ki, ASXM sertifikatı olmayan vergi ödəyicisi vergi hesabatlarını təqdim etmək imkanlarından xaric olunacaq?

Sual:Salam! ASXM (Asan Xidmət Mərkəzinin) sertifikatını məcburən hər bir vergi ödəyicisi almalıdırmı? Əgər belədirsə, bu zaman ASXM sertifikatının alınması vergi öhdəliyi Vergi Məcəlləsinin hansı maddəsində öz əksini tapmışdır? Doğrudurmu ki, ASXM sertifikatı olmayan vergi ödəyicisi vergi hesabatlarını təqdim etmək imkanlarından xaric olunacaq?
 Hörmətlə, Rauf İbrahimov.


Cavab: Bildiririk ki, tərəfimizdən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin yüksək təhlükəsizlik tələblərinə cavab verən “Asan İmza SİM kartı” üzrə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə sertifikat xidmətlərinin göstərilməsi ilə bağlı 2013-cü ilin may ayından Vergilər Nazirliyinin müasir tipli Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) yaradılmış, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilərək fəaliyyətə başlamışdır.
ASXM-in istismara verilməsi ilə İnternet Vergi İdarəsində hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatı, Pos-terminalların onlayn qeydiyyatı, ƏDV-nin depozit hesabı, elektron vergi hesab-fakturaların göndərilməsi və s. əməliyyatlar üzrə elektron xidmətlərdə Asan İmzanın tətbiqinə başlanmışdır.
Nazirliyin İnternet Vergi İdarəsinə daxil olmaq üçün verilən İstifadəçi kodu, Parol, Şifrədən istifadə edilərkən ƏDV ödəyiciləri tərəfindən aparılan əməliyyatların imzalanması mümkün olmur ki, bu da müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermir. Yüksək təhlükəsizlik tələb edən elektron xidmətlərdən - “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” və “Elektron vergi hesab-fakturasının qəbulu” elektron xidmətlərdən istifadə zamanı “Asan İmzanın (Mobil İmzanın)” tətbiqinə zərurət yaradır.
Qeyd olunanları nəzərə alaraq ƏDV ödəyiciləri tərəfindən nazirliyin İnternet Vergi İdarəsində “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” və “Elektron vergi hesab-fakturasının qəbulu” üzrə elektron xidmətlərindən istifadə 01 sentyabr 2013-cü il tarixdən etibarən yalnız Asan İmza (Mobil İmza) vasitəsi ilə həyata keçiriləcəkdir.
Qeyd edilən elektron xidmətlərin aparılmasının təhlükəsizliyi baxımından “Asan İmza (Mobil İmza)”nın əldə edilməsi zəruri hesab edilir.
Onu da nəzərinizə çatdırırıq ki, vergi ödəyiciləri tərəfindən vergi bəyannamələrini və ya vergi orqanı ilə yazışmaları elektron forma ilə yanaşı kağız daşıyıcılarla da (müvafiq qaydada təsdiqlənmiş formada) şəxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə və ya poçt vasitəsilə təqdim edə bilər.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər