"ASAN İMZA" ilə bağlı gözlənilməz qərar

"ASAN İMZA" ilə bağlı gözlənilməz qərar

 Hətta bu halda da, əməliyyatlar mütləq  Asan İmza (Mobil İmza) vasitəsi ilə həyata keçiriləcəkdir..

Sual: «E-imza» elektron sertifikatının istifadəsinə dair sorğu. Hörmətli cənablar! Bildiyimiz kimi, 01 avqust 2013 il tarixdən enibarən AR Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərə elektron xidmətlərin göstərilməsi «Asan İmza» (Mobil İmza) vasitəsi ilə keçiriləcəkdir. «QS1Azərbaycan» MMC 2012-ci ilin 29 noyabr tarixində АR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə «Е-İmza» xidmətlərinin göstərilməsinə dair müqavilə imzalamışdır və elektron imza sertifikatı (smart kart) və kart oxuyucusunu almışdır. Xahiş edirik, AR Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərə 01.08.2013 il tarixdən www.e-taxes.gov.az saytında göstərilən elektron xidmətlərində (depozit hesabımızda əməliyyatların aparımasını, elektron vergi-fakturanın təqdim edilməsinə və s.) аldığımız «Е-imza» kartının istifadəsi ilə apara bilməsini təsdiqləyəsiniz. Düşünürük ki, «Е- imza» kartı olduğu halda «Аsаn imza» (Моbil imza)-ya ehtiyyac olmamalıdır.
 А. Мuxtarova.

Cavab: Bildiririk ki, Vergilər Nazirliyi tərəfindən informasiya-kommnikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin yüksək təhlükəsizlik tələblərinə cavab verən “Asan İmza SİM kartı” üzrə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə sertifikat xidmətlərinin göstərilməsi ilə bağlı 2013-cü ilin may ayından Vergilər Nazirliyinin müasir tipli Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) yaradılmış, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilərək fəaliyyətə başlamışdır.
ASXM-in istismara verilməsi ilə İnternet Vergi İdarəsində hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatı, Pos-terminalların onlayn qeydiyyatı, ƏDV-nin depozit hesabı, elektron vergi hesab-fakturaların göndərilməsi və s. əməliyyatlar üzrə elektron xidmətlərdə Asan İmzanın tətbiqinə başlanmışdır.
Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinə daxil olmaq üçün verilən İstifadəçi kodu, Parol, Şifrədən istifadə edilərkən ƏDV ödəyiciləri tərəfindən aparılan əməliyyatların imzalanması mümkün olmur ki, bu da müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermir. Ona görə də yüksək təhlükəsizlik tələb edən elektron xidmətlərdən - “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” və “Elektron vergi hesab-fakturasının qəbulu” elektron xidmətlərdən istifadə zamanı “Asan İmzanın (Mobil İmzanın)” tətbiqinə zərurət yaradır.
Qeyd olunanları nəzərə alaraq ƏDV ödəyiciləri tərəfindən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” və “Elektron vergi hesab-fakturasının qəbulu” elektron xidmətlərindən istifadə 01 sentyabr 2013-cü il tarixdən etibarən yalnız Asan İmza (Mobil İmza) vasitəsi ilə həyata keçiriləcəkdir.
Göründüyü kimi, ƏDV ödəyiciləri tərəfindən qeyd edilən elektron xidmətlərin aparılmasının təhlükəsizliyi baxımından “Asan İmza (Mobil İmza)”nın əldə edilməsi zəruri hesab edilir. “Asan İmza” xidməti zamanı istifadə olunan SIM-kartın qiyməti isə mobil operatorlar (hələlik yalnız Azercell) tərəfindən müəyyən olunur ki, həmin qiymətlər barədə müvafiq məlumatın alınması üçün həmin mobil operatorlara müraciət etməyiniz daha məqsədəmüvafiqdir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər