Bank hesabı açmaq üçün vergi ödəyicisi hansı prosedurlardan keçməlidir?

Bank hesabı açmaq üçün vergi ödəyicisi hansı prosedurlardan keçməlidir?

Vergi ödəyicisi əməliyyatın gedişatını necə izləyə bilər?

Sual: Salam. Mən VÖEN açdırmışam. VÖEN üzrə bank hesabı açdırmaq üçün mənə köməklik göstərməyinizi xahiş edirəm. Zəhmət olmasa lazım olan sənədin (şəhadətnamə-dublikatının) UNİ bankın Nəsimi rayon filialına göndərilməsini təmin edəsiniz. Təşəkkür edirəm.
Ruslan Xəlilov

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 35-ci maddəsinə əsasən banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat təqdim edildikdən sonra bank hesabları açırlar və bu şəhadətnamə-dublikatın alınması üçün vergi ödəyicisi tərəfindən vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizəsi” ilə müraciət edilməlidir. Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda verilmir.
Qeyd edilən ərizə formasının internet vasitəsilə elektron formada göndərilməsi üçün Vergilər Nazirliyi tərəfindən müvafiq şərait yaradılmışdır. Bunun üçün vergi ödəyicisi ilk növbədə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-Xidmətlər” bölməsində “Bank idarələrində hesabların açılması” elektron xidməti seçilməklə (bu elektron xidmətdən yararlanmaq üçün inzibati reqlamentlə tanış olmaq zəruridir) İnternet Vergi İdarəsində “Giriş” düyməsi vasitəsilə "Onlayn Kargüzarlıq & e-VHF" bölməsində öz istifadəçi kodu, parolu və şifrəsivasitəsilə sistemə daxil olmalıdır. Sonra “Yeni müraciət” pəncərəsinə daxil olmaqla açılan pəncərənin “Kimə” siyahısından “Vergilər Nazirliyi”, “Müraciətin növü” siyahısından “Ərizə”, “Sənədin növü” siyahısından “Bankda hesab açılması ərizəsi” seçilərək “Qəbul” düyməsi sıxılmalıdır. Yeni açılan pəncərədə bankın və filialın adları, hesabın və valyutanın növləri seçildikdən sonra “İrəli” düyməsi vasitəsilə məlumatların yoxlanılması üçün “Təsdiqləmə” ekranında məlumatların doğruluğu “Qəbul” düyməsi vasitəsilə təsdiqlənir. Bundan sonra ekrana “Bank idarəsində hesab açılması məqsədilə Şəhadətnamə-dublikatın alınması üçün ərizənin qəbul edilməsi barədə” “Bildiriş” məlumatı çıxır və orda qeyd olunur ki, "Şəhadətnamə-dublikat"ın alınması üçün müəyyən tarixdən etibarən 10 gün ərzində uçotda olduğunuz vergi orqanına və ya birbaşa seçdiyiniz banka müraciət edəsiniz. “Çap” düyməsi ilə “Bildiriş” məlumatı çap edilir. Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun “Göndərdiklərim” qovluğuna düşür. O, buradan “Əməliyyat tarixçəsi” vasitəsilə ərizəsinin Vergilər Nazirliyində gedişatını izləyə bilər.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Xəbərlər