Bəyannaməni səhv göndərdikdə, nə etməli....
Vergilər Nazirliyi səhvin necə aradan qaldırılmasının yollarını izah edir...
Sual: Mən onlayn bəyannamə göndərdim. Amma sonra səhvimi tapdım. Nə edim?
Nəsirova Dinarə
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrlər üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün səyyar vergi yoxlamasının başlandığı günədək dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir.
Göstərilənmlərə əsasən vergi orqanına təqdim etdiyiniz “Cari” vergi bəyannamələrindəki göstəricilər (Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla) ilkin uçot sənədlərinizdəki məlumatlara uyğun olmadıqı təqdirdə, tərfinizdən həmin hesabat dövrü üçün səyyar vergi yoxlamasının başlandığı günədək müvafiq düzəlişlər edilməklə vergi orqanına dəqiqləşdirilmiş formada (bəyannamənin növünü dəqiqləşdirilmiş seçməklə) yenidən bəyannamə təqdim edə bilərsiniz.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
1 Komment
Mətanət 08 Aprel 2022
Mən keçən ay səhvən 62.58 əvəzinə 6258 qeyd etmişəm. Mənə limiti keçmək statusu qeyd olunub. Əslində limiti keçməmişəm. Nöqtə səhvim olub. Nə edə bilərəm limit qalxsın? 4 paket bağlamam gömrükdən keçmir. Xahiş edim ənə kömək edin.
Şərh yazın