01 avqust 2013-cü il tarixdən Vergi ödəyicilərinin “Dost”una çevriləcəl “ASAN İMZA” ilə bağlı aktual sual
Elektron imzanın da xərci çox bahadır müəssisə işləmir pul da yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bilmək istəyirəm elektron imza məcburidir?
Sual: ƏDV-nin depozit hesabı, Elektron vergi hesab-fakturaları kimi yüksək təhlükəsizlik tələb edən xidmətlərin istifadəsi 01.08.2013 tarixindən etibarən ASAN İmza vasitəsilə həyata keçiriləcəkdir kimi məlumat yayılıb. Əgər müəssisə fəaliyyətini 5 il müddətinə saxlayıbsa və bu müddət ərzində yuxarıda qeyd olunan əməliyyatlar aparılmırsa elektron imzanın alınması məcburidirmi? Mən müəssisənin vergilərdəki elektron səhifəsinə yalnız poçt məktublarla əlaqəli, bir də ki, ildə bir dəfə əmlak vergisi bəyannaməsi vermək niyyətindəyəm. Elektron imzanın da xərci çox bahadır müəssisə işləmir pul da yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bilmək istəyirəm elektron imza məcburidir? Yoxsa yazışmaları və bəyannaməni poçt vasitəsi ilə həyata keçirmək olarmı? Müəssisənin fəaliyyətinin dayandırıldığı halda, yazışmaları rəhbərin yaşayış yerinə yönəltmək olarmı?
Əhmədova Esmira
Cavab: Bildiririk ki, Vergilər Nazirliyi tərəfindən informasiya-kommnikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin yüksək təhlükəsizlik tələblərinə cavab verən “Asan İmza SİM kartı” üzrə dövlət orqanlarına, hüquqi və fiziki şəxlərə sertifikat xidmətlərinin göstərilməsi ilə bağlı 2013-cü ilin may ayından Vergilər Nazirliyinin müasir tipli Asan Sertifikat Xidməti Mərkəzi (ASXM) yaradılmış, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilərək fəaliyyətə başlanmışdır.
ASXM-in istismara verilməsi ilə İnternet Vergi İdarəsində hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatı, Pos-terminalların onlayn qeydiyyatı, ƏDV-nin depozit hesabl, elektron vergi hesab-fakturaların göndərilməsi və s. əməliyyatlar üzrə elektron xidmətlərdən Asan İmzanın tətbiqinə başlanmışdır.
Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinə daxil olmaq üçün verilən İistifadəçi kodu, Parol, Şifrədən istifadə edərkən ƏDV ödəyiciləri tərəfindən aparılan əməliyyatların imzalanması mümkün olmur ki, bu da müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermir. Ona görə də yüksək təhlükəsizlik tələb edən elektron xidmətlərdən в– “Vahid depozit hesabi vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” və “Elektron vergi hesab-fakturasının qəbulu” elektron xidmətlərdən istifadə zamanı “Asan İmzanın (Mobil İmzanın)” tətbiqinə zərurət yaradır.
Qeyd olunanları nəzərə alaraq ƏDV ödəyiciləri üçün Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” və “Elektron vergi hesab-fakturasının qəbulu” elektron xidmətlərindən istifadənin 01 avqust 2013-cü il tarixdən yalnız Asan İmza (Mobil İmza) vasitəsi ilə həyata keçiriləcəkdir.
Göründüyü kimi, ƏDV ödəyiciləri tərəfindən qeyd edilən elektron xidmətlərin aparılmasının təhlükəsizliyi baxımından “Asan İmza (Mobil İmza)”nın əldə edilməsi zəruri hesab edilir. “Asan İmza” xidməti zamanı istifadə olunan SIM-kartın qiyməti isə mobil operatorlar (hələlik yalnız Azercell) tərəfindən müəyyən olunur ki, həmin qiymətlər barədə müvafiq məlumatın alınması üçün həmin mobil operatorlara müraciət etməyiniz daha məqsədəmüvafiqdir.
Onu da nəzərinizə çatdırırıq ki, Vergi ödəyiciləri tərəfindən vergi bəyannamələrini və ya vergi orqanı ilə yazışmaları elektron forma ilə yanaşı kağız daşıyıcılarla da (müvafiq qaydada təsdiqlənmiş formada) şəxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə və ya poçt vasitəsilə təqdim edə bilər.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın